Cəlilabadda şəhid Xatirə bulağının açılışı olub

Cəlilabad rayonunda Şəhid Kamran İsgəndərlinin doğum günü qeyd edilib.
“Regionpress.az”ın məlumatına görə, tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Həmçinin Vətən müharibəsi şəhidinin doğum günü onun xatirəsinə inşa edilmiş Xatirə bulağının da açılışı olub.
Çıxış edənlər qeyd edib ki, şəhidlərimizin əziz xatirəsi həmişə uca tutulub və onların adlarının əbədiləşdirilməsi üçün belə xeyirxah işlərin görülməsinin vacibliyi xüsusi vurğulanıb.
Şəhidin atası Yaşar İsgəndərli  öz çıxışında şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Related posts

Leave a Comment