Dünya müsəlmanlarının müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur.
“Bilesuvarinfo” xəbər verir ki, respublikamızın digər hüdüdlarında olduğu kimi Biləsuvar rayonunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib.
Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs bayram münasibətilə 600 – ə yaxın aztəminatlı ailəyə maddi yardımlar ödənilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Bakı şəhərindən təşrif buyurmuş bir çox iş adamları (həmçinin Türkiyədən təşkilat) bayram sovqatlarını Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı ailələrə çatdırıb. Rayon mərkəzində və kəndlərində iş adamları və imkanlı şəxslər kəsdirdikləri qurbanlıqları imkansız ailələrə paylayıb.
Rayonda fəaaliyyət gösətən bir çox təşkilatlarda da ( Biləsuvar Regional Mədəniyyət İdarəsi, 40 saylı Yol İstismarı İdarəsi, Biləsuvar “Yaşıl Ada” aqroparkı, “Bilasuvar Aqro” MMC, Biləsuvar Betonzavod və s. ) ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə qurbanlıqlar kəsilib. Çıxış edənlər bu müqəddəs gündə müsəlmanların Allaha olan sədaqətlərinin nümayişindən, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət etməsindən söz açıb.
Qeyd olunmuşdur ki, xalqımız artıq üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin rəşadəti sayəsində Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab – havasında qarşılayır və qeyd edir. Prezidentin müdrük siyasəti sayəsində Azərbaycanın dünya dövlətləri arasında nüfuzu daha da möhkəmlənməkdədir.