Balinadan 500 min dollarlıq “miras” – FOTO

Kanar adalarının La Palma bölgəsindəki Nogales çimərliyi sahilində ötən aylarda balina cəsədi tapılıb. Ölü balina bağırsaqlarında gizlənmiş qiymətli xəzinənin aşkarlanmasından sonra alimlər heyrətə gəlib. Balinanın bağırsaqlarında 9,5 kiloqram ağırlığında, 500 min dollar dəyərində ənbər aşkarlanıb.

Las Palmas de Gran Canaria Universitetinin mütəxəssislərinin fikrincə, balina təxminən 20 kiloluq ənbər kimi tanınan maddənin heyvanın qalın bağırsağında xroniki obstruktiv iltihaba səbəb olmasından sonra ölüb.

Nadir hallarda rastlanır

Belə yırtıcı balinalarının yüzdə birindən azının ənbər ifraz edə biləcəyi təxmin edilir. Balina qusması kimi tanınan bu maddə olduqca nadirdir və hətta bir qramı minlərlə dollara satılır. Kanar adalarında tapılan balina ənbərinin 10 metr böyüklüyündə olduğu müəyyən edilib.

Qeyd edək ki,ənbər –orta əsrlərdə adı müşklə birlikdə  çəkilən qiymətli maddədir. Mütəxəssislər bildirirlər ki, ənbəri Hind okeanında yaşayan balinalardan almaq olar.  Bu maddəni  ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür.  Vaxtilə ənbər İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar.

Ənbər balinaların həzm sistemində bəzən dənizə atılan və ya çölə çıxarılan bir maddə kimi tanınır. Bu maddə balinanın həzm fermentləri tərəfindən çevrilmiş mədə şirəsi və digər maddələrin yığılması və bərkiməsi nəticəsində əmələ gəlir.

Adı çəkilən maddə adətən ağ və ya sarı rəngdədir və mumvari olur. Onun qoxusu da illər ərzində dənizdə hərəkət etdikcə və müxtəlif kimyəvi reaksiyalara məruz qaldıqda dəyişə bilər. Qədim dövrlərdən bəri ondan dezodorantların və ətirlərin hazırlanmasında istifadə edilib. Bəzi dərman və aromaterapiya məhsullarında da istifadə edilə bilər.

Ənbər təbiətdə qiymətli bir maddədir. Balinanın həzm sistemini qorumaq üçün istifadə edilən bir növ konservantdır.  Bu maddəni bəzi ölkələrdə tapmaq və onun ticarəti ilə məşğul olmaq qeyri-qanunidir. Buna görə də,ənbərin alqı-satqısından əvvəl haqqında daha çox öyrənmək və yerli qanunlara əməl etmək vacibdir.

Mənbə: Vüsal Cahanov, “İki sahil”

Vüsal Cahanov, “İki sahil”

Related posts

Leave a Comment