Salyan  sakinləri Cəlilabadda narkotiklə saxlanıldı

Salyan rayon sakinləri Cəlilabadda narkotik vasitə ilə saxlanılıblar.

“Regionpress.az” – a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi “AzSamand” markalı avtomobildə saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

Fakt bağlı araşdırma aparılır.

Related posts

Leave a Comment