Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.
“Regionpress.az” xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Aqil Bəşirov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin olunub.
Bəşirov Aqil Aydın oğlu 1985 – ci ildə Biləsuvar rayonunda doğulub. O, Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində direktor vəzifəsində işləyib.
A. Bəşirov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyndə olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Məktəblərdə sənədləşmə işinin təşkili” mövzusunda təlimlər keçib. 2022-ci ilin sentyabr ayından Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçi vəzifəsini daşıyıb.