Astarada evlərdən birindən pul, pensiya kartları və qızıl oğurlanıb.
“Regionpress.az” xəbər verir ki, hadisə rayonunun Şahağacı kəndində olub.
Belə ki, 1999-vu təvəllüdlü Vüsal Dadaşov bababasının evindən 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartını oxurlayıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən V. Dadaşov saxlanılıb. Ondan oğurladığının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.