Atletika idman növü üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə rayon birinciliyi keçirilib
Biləsuvar Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə məktəbli oğlanlar arasında rayon birinciliyi keçirilib.
Ümumtəhsil məktəblərinin iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə görə Bağbanlar kənd tam orta məktəb I yerə, Zəhmətabad kənd tam orta məktəb II yerə, İnternat tipli lisey-məktəb isə III yerə layiq görülərək müvafiq diplomlarla mükafatlandırılıb.

Related posts