Qardaşlıq layihəsi çərçivəsində Çameliyə növbəti səfər həyata keçirilib. 2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər” haqqında protokola uyğun olaraq, qardaş ölkədə təntənəli şəkildə keçirilən “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak etmək üçün Mubariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Çameliyə növbəti səfər həyata keçirib. “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak edən Kompleksin şagirdləri də hazırladıqları musiqi və rəqs nömrələr ilə bayram tədbirlərinə qatılıblar. Səfər…

Read More

Atletika idman növü üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə rayon birinciliyi keçirilib Biləsuvar Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə məktəbli oğlanlar arasında rayon birinciliyi keçirilib. Ümumtəhsil məktəblərinin iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə görə Bağbanlar kənd tam orta məktəb I yerə, Zəhmətabad kənd tam orta məktəb II yerə, İnternat tipli lisey-məktəb isə III yerə layiq…

Read More

Həqiqi müəllim cəmiyyət üçün çox qiymətlidir

Ümummilli lider Heydər Əliyev müəllim peşəsinin əzəmətindən  danışarkən “Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir.” deyib. Müstəqilliyimizin ilk illərindən məktəbimiz hər zaman vətənpərvər gənclərin yetişməsində müstəsna rol oynayıb. Həmin bu vaxtlarda nə müəllimlərin, nə də məktəbimizin maddi- texniki imkanları yaxşı deyildi. Lakin şagirdlərdə gələcəyə ümid var idi. Bu ümidi formalaşdıran isə müəllimlər olub. O müəllimlər ki, ömrünün böyük bir qismini şagirdlərinə, onların inkişafına həsr etmişdilər. Bir təhsil ocağının qarşıya qoyulan məsələlərə asanlıqla çatmasının əsas səbəblərindən biri isə peşəkar, uzaqgörən, kollektivini və şagirdlərini sevən,…

Read More

Dinləyici tapa bilməyən qürbət şairi

Biləsuvar ədəbi mühiti haqqında söhbət edərkən ötən yüzilliyin doxsanıncı illərində buradakı toplantılar yadıma düşdü. Mənə maraqlı görünən ədəbi yığıncaqlarda qadın yazarların fəallıq göstərməsi idi. Lətifə Qəmli, Zülfiyyə Quliyeva, Əfsanə Haqverdiyeva, Gülnaz Qocayeva, Tamaşa Biləsuvarlı, Aynurə İsmayılova, Pərvanə Rasimqızı, Alimə Sucayeva, Fidan Səda, İradə Biləsuvarlı, Şəfa Sadıqova, Mətanət Poladlı, Şəlalə Xankişiyeva, Zeynəb Elqızı, Gülşən Abbasova, Şəhrəbanu Səma və başqaları həm “Biləsuvar töhfələri”, həm də “Səməndər” ədəbi birliklərinin şeir məclislərində müntəzəm iştirak edir, yeni yazdıqlarını oxuyurdular. Ədəbi müzakirələr qızğın keçirdi, bəyənilən şeirlər toplularda işıq üzü görürdü. Bu yığıncaqlara Əfsanə Haqverdiyeva (Əliyeva) da…

Read More

Biləsuvar ədəbi mühitinə həsr olunan kitab

Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı (Hüseynov) illərdən bəri, min-bir zəhmətlə  üzərində işlədiyi yeni kitabı Biləsuvarın ədəbi mühitinə həsr edib. O, bu haqda öz fecbook səhifəsində paylaşımında nəşrə hazırladığı  kitabından söz açarkən bildirmişdir: Biləsuvar tarixi abidələri, etnoqrafik ənənələri və zəngin folkloru ilə fərqlənən bölgələrdən biridir. Qədim Şəhriyar və Mahmudoba yaşayış məntəqələri bu bölgənin tarixini çəkib əsrlərin dərinliklərinə aparır. Bölgə yaxın keçmişə qədər qışlaqları ilə yadda qalırdı. Burada yaşayan maldar tayfaların yaratdıqları şifahi xalq ədəbiyyatı nümunələri təsərrüfat həyatı ilə bağlı maraqlı məqamları araşdırmağa imkan verir. On doqquzuncu yüzillikdə bu yaşayış məntəqəsinə…

Read More

“Biləsuvar Tikiş fabrik”inin nəzdində dərzi kursu fəaliyyətə başladı

Biləsuvar rayonunda yenicə  fəaliyyətə başlayan tikiş fabrikində daha çox rayon sakininin məşğulluğunun təmin olunması qarşıda duran vəzifələrdəndir. Bunun üçün aidiyyəti dövlət qurumları fabrikə öz dəstək mexanizmlərini araşdırır. “Regonpress.az” xəbər verir ki, Əmək və Əhalinin Müdafisəi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində  fabrikdə “Dərzi” ixtisası üzrə peşə hazırlıq kursuna start verilib. Bu günlərdə fabrikdə kursun açılış mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev və filialın əməkdaşları iştirak edib. Filial müdiri  Habil Alıyev  ölkəmizdə əhalinin sosial…

Read More

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. “Regionpress.az” AZƏRTAC-a istinadən paylaşımı təqdim edir: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı…

Read More

“İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması”

Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti (Saïd Business School) COP29 çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” başlıqlı panel müzakirəsi təşkil edib “Regionpress.az” xəbər verir ki, panel müzakirəsində iqlim fəaliyyətlərinin həyata keçirilməsində gənclərin və universitetlərin rolu, təhsil üzrə milli və beynəlxalq iqlim strategiyaları, təhsil və tədqiqatlarda iqlim dəyişikliklərinin idarə edilməsi barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, liderlik, gender və iqlim fəaliyyəti və iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldırma yolları ilə bağlı geniş müzakirələr həyata keçirilib. Panel müzakirəsində İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansının (The Global Alliance…

Read More