Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin Şirvan şəhərində və Hacıqabul rayonunda təhsilverənlərlə görüşü olub. “Regionpress.az”xəbər verir ki, görüşdə sözügedən idarənin Tədrisin Keyfiyyət Sektorunun müdiri Vüqar Dadaşovun iştirakı ilə Şirvan şəhərində və Hacıqabul rayonunda 4-cü siniflərin monitorinq nəticəsi müzakirə olunub. Görüşdə 4-cü sinifdə baş verən müəyyən geriləmələrin səbəbləri ətraflı araşdırılıb, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün həmin rayonların məktəb direktorları, direktor müavinləri və ibtidai sinif müəllimlərinə tapşırıqlar verilib. İdarə müdiri K.Mənsimli tədrisin keyfiyyətini qaldırmaq istiqamətində öz tövsiyələrini verib.
Read MoreAuthor: Direktor
İsmətli kəndində partiya fəalları ilə görüş olub
YAP Biləsuvar rayon təşkilatı rayonun İsmətli kəndində partiya fəalları ilə görüş keçirib. “Regionpress.az” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının iştirak etdiyi görüş İsmətli kənd qəbristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarətindən sonra baş tutub. İsmətli kəndində açıq məkanda baş tutan görüşdə çıxış edən təşkilat sədri iştirakçıları salamladıqdan sonra ölkəmizdə və regionumuzda baş verən hadisə və proseslərdən, Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, Respublikamızın Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətindən, Vətən müharibəsindəki tarixi qalibiyyətdən sonra…
Read MoreBiləsuvarda 100 faizlik nəticə göstərən daha bir sinif
Biləsuvarda ali məktəbə qəbulda 100 faizlik nəticə göstərən başqa bir sinifin olması məlum olub. “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da yüz faiz nəticə göstərərib. Bu sinifdə təhsilini başa vuran 16 nəfər şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunlarının yüz faiz nəticə göstərərək,…
Read MoreDirektor müavinləri və təşkilatçıların müsabiqəsinə start verilib
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işə qəbulu prosesinə start verilir. “Regionpress.az” xəbər verir ki, 01 sentyabr 2023-cü il tarixindən etibarən Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Ətraflı linkdə: https://salyan.edu.gov.az/az/page/13123/73923… Əlavə məlumat üçün bax
Read MorePolislər qanvermə aksiyasında fəal iştirak edib
Astara rayonunda talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a bildirilib ki, qanvermə aksiyasında polislər fəal iştirak edib. Astara Rayon Mərkəzi Xəstəxanasında “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər. Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət…
Read MoreQəzada 43 yaşlı qadın ağır xəsarət aldı
Biləsuvarda ağır yol-nəqliyyatı qəzası baş verib. “Regionpress. az” xəbər verir ki, hadisə Biləsuvar şəhərində, bazara yaxın ərazidə baş verib. Belə ki, “BMW” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kəndinin sakini, 1980 -cı il təvəllüdlü Bayramova Gülər Qulam qızı aldığı ciddi xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma gedir.
Read MoreLerikdə mağazadan oğurluq edən qardaşlar saxlanıldı
Lerikdə mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA – nın Cənub bürosuna verilən məlumata görə, Lerik rayonunun Noda kəndi ərazisində yerləşən mağazadan 160 manat pulun, 1244 manat dəyərində tütün məmulatlarının, orada quraşdırılmış ödəmə terminalının sındırılaraq içərisindən 2880 manat pulun oğurlanması, bundan əlavə mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Baş Cinayət Axtarış İdarəsi və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların…
Read MoreBu problemə toxunmağa daha həvəsim qalmadı
Rayonumun küçələrində səkisizlik problemi ilə rastlaşanda Bakımızın şüşətək səkilərini həsədlə xatırlayırdım. Hətta jurnalist olduğumdan qınayanlar olardı: “ Elə həmişə tərif yazırsınız, problem yazmaqdan qorxursunuz?..”. Əslində, bu səki mövzusunda bir çox yazılarım var. Heydər Əliyev prospektində (müəyyən məsafədə) tikilən piyada səkisinin “yaraşıq” olduğunu, piyadalar üçün əhəmiyyətsizliyindən yazarkən dostlardan biri mənimlə uzun müddət küsülü də qaldı. Bilirsiniz niyə?. Buradakı mənzərəni kadra köçürərkən, təsadüfən iri, dolu bədən qurluşlu bu dostumuz kadra tuş gəlmişdi. Səkidə quraşdırılan işıq dirəyi onsuzda eni az olan səkini daraltdlğından o, çətinliklə keçdiyi hissədən lentə alınmış fotosunu qəzetdə verilməsini istəmirdi..…
Read MoreSanitar-gigiyena qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələndi
Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. “Regionpress.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib. Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub. Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və…
Read MoreMəktəbli forması alarkən valideynlər nəyə diqqət etməlidirlər – REPORTAJ
Orta məktəblərdə dərslərin başlanmasına sayılı günlər qalır. Bildiyimiz kimi, bu tədris ilindən orta məktəblərdə vahid məktəbli geyimi forması tətbiq olunacaq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Bəs görəsən Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən necə tənzimlənir? Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin…
Read More