Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub. “Regionpress” AZƏRTAC – a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı. Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan…
Read MoreAuthor: Direktor
Balinadan 500 min dollarlıq “miras” – FOTO
Kanar adalarının La Palma bölgəsindəki Nogales çimərliyi sahilində ötən aylarda balina cəsədi tapılıb. Ölü balina bağırsaqlarında gizlənmiş qiymətli xəzinənin aşkarlanmasından sonra alimlər heyrətə gəlib. Balinanın bağırsaqlarında 9,5 kiloqram ağırlığında, 500 min dollar dəyərində ənbər aşkarlanıb. Las Palmas de Gran Canaria Universitetinin mütəxəssislərinin fikrincə, balina təxminən 20 kiloluq ənbər kimi tanınan maddənin heyvanın qalın bağırsağında xroniki obstruktiv iltihaba səbəb olmasından sonra ölüb. Nadir hallarda rastlanır Belə yırtıcı balinalarının yüzdə birindən azının ənbər ifraz edə biləcəyi təxmin edilir. Balina qusması kimi tanınan bu maddə olduqca nadirdir və hətta bir qramı minlərlə dollara…
Read MoreQəlblərdə əbədiyaşarlıq qazanan Ulu Öndər hər zaman xatırlanacaq
Ulu öndər Heydər Əliyevin aramızda cismani yoxluğundan on doqquz illik bir zaman ötür. AncaqVətən öz böyük oğlunun siyasətinin təntənəsinə şahid olur. Heydər Əliyev siyasətinin uğurlu davamı Azərbaycanı yeni parlaq inkişaf mərhələsinə gətirib. 1993- cü il iyun ayının 15- də xalqımızın təkidli tələbi ilə Ümumilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoydu. Xalqımız həmin günü” Milli Qurtuluş Günü ” kimi müstəqil Azərbaycanın tarixinə yazdı. Onun Azərbycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictima- siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və…
Read MoreMasallının ən ucqar kəndində 300 pilləli pilləkən
Köhnə Zuvand kəndi bizi nələrlə təəccübləndirdi? Doğrudanmı, burada mis və qızıl yataqları var? Hər kəndin özünəməxsus gözəlliyi və özünəməxsus dərdləri var. Amma Köhnə Zuvand kəndinin türfə əlamətləri tam başqa aləmdir. Rayon mərkəzindən 30 kilometrə yaxın məsafədə yerləşən bu kəndin yolunun 15 kilometrə yaxını çox bərbad vəziyyətdədir. Mənzərəni bir qədər də aydınlaşdıraq. Deməli, rayon mərkəzindən yola düşüb Banbaşı, Köhnə Alvadı kəndlərini keçib, Güllütəpə Ərazi İnzibati Dairəsinə daxil Tatyan kəndindən keçib üz tuturuq Yelağac – Köhnə Zuvand istiqamətinə. Ətrafda görünən mənzərə nə qədər heyranedici olsa da, bərbad yollar bu gözəlliyi sanki zədələyir.…
Read MorePrezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını təbrik edib
Konstitusiya Məhkəməsinin 25 illik yubileyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur. “Regionpress.az” AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb. Məktubda deyilir: “Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə…
Read MoreLeysan, dolu, sel xəbərdarlığı
Azərbaycanın rayonlarında iyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. “Regionpress.az” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Read MoreBiləsuvar Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Biləsuvar Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub. “Regionpress.az” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin Şahbazov Biləsuvar Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub. Ş.Şahbazov bu təyinatınadək, 2021- ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. Qeyd edək ki, Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetininin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2018-ci illərdə…
Read More“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur” – Qurban Yetirmişli
“Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur”. “Regionpress.az” xəbər verir ki, Sputnik Azərbaycan-a bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.
Read MoreAqil Bəşirov yeni vəzifəyə təyin olundu
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub. “Regionpress.az” xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Aqil Bəşirov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin olunub. Bəşirov Aqil Aydın oğlu 1985 – ci ildə Biləsuvar rayonunda doğulub. O, Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta…
Read MoreBiləsuvarda 7000 hektara yaxın sahədə çiyid səpini aparılıb
Biləsuvar respublikamızın aparıcı aqrar rayonları arasında daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Bu sahə həm də əhalinin məşğulluğunun təminatında böyük rol oynayır. “Regionpress.az” xəbər verir ki, ölkədə pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində son illər rayonda mülkiyyətçilər tərəfindən bu sahəyə maraq yenidən artıb. Belə ki, bu il rayonun pambıqçıları 1980 hektar sahədə “Azərpambıq” MMC ilə, 1727 hektar sahədə “Cotton Trade” MMC ilə, 1435.0 hektar sahədə “MKT İstehsalat Kommersiya” MMC ilə, 1000 hektar sahədə “P-Aqro” MMC ilə və 603,8 hektar sahədə isə “Aztəsərrüfat” MMC ilə müqavilə bağlayaraq əkin…
Read More