Bəhruz Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasəti, xüsusi diqqət və qayğısı ilə Azərbaycan təhsili son illər forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırılmış, bu sahənin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşdırılmışdır.

«Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir» – deyən Prezident İlham Əliyevin bu aydın mövqeyi, tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bəhruz Mehdiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli müdir peşəsinə yiyələnən Bəhruz Mehdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Bəhruz Mehdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Bəhruz Mehdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bəhruz Mehdiyev qazilərə, şəhid ailələrinə, veteranlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəhruz Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Bəhruz Mehdiyev özünü doğruldub. Bizdə hörmətli Bəhruz Mehdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İbrahim Şıxməmmədov,

balakəninfo.az

Related posts

Leave a Comment