Ata və oğlu ağır qəzada xəsarət aldı – Yenilənib

Biləsuvarda yol-nəqliyyatı hadisəsi baş verib.

“Regionpress. az” xəbər verir ki, hadisə  Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verib.

Belə ki, Biləsuvar rayonunun Nəsimikənd kəndində, həmin rayonun İsmətli kənd sakini Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosiklet toqquşub.

Qəzada motosikletin sürücüsü-rayonun Nərimankənd kəndinin sakini Quluyev Sərxoş Balaqardaş oğlu (1969) ağır xəsarətlərlə Biləsuvar RMX – na çatdırılıb. Sərnişini, oğlu Quluzadə Rəsul  (2007) yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəzada xəsarət alan  olan ata və oğlu təsərrüfat işləri ilə məşğuldurlar. Bazara heyvan satmağa gedirmişlər.

Faktla bağlı Biləsuvar RPŞ – də araşdırma aparılır.

****

Biləsuvarda bu gecə motosikletlə qəzaya düşən Sərxoş Quliyev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Related posts

Leave a Comment