Biləsuvar rayonu üzrə təhsil sektorunun yeni müdiri məlum oldu – FOTO


Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
“Regionpress.az” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.Əmrə əsasən Xammədov Anar Zakir oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
A. Xammədov  bu təyinatadək Biləsuvarın Bəydili kənd tam orta məktəbinin direktoru vəzivəsini icra edirdi.
Qeyd edək ki, Biləsuvar şəhər N. Gəncəvi adına 1 saylı tam orta məktəbində, yeni sektor müdürünün təqdimatında Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri və sözügedən rayonun məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Related posts

Leave a Comment