Biləsuvarda 100 faizlik nəticə göstərən daha bir sinif

 Biləsuvarda ali məktəbə qəbulda 100 faizlik nəticə göstərən başqa bir sinifin olması  məlum olub.

 “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları da yüz faiz nəticə göstərərib. Bu sinifdə təhsilini başa vuran 16 nəfər şagirdin hər biri ali məktəbə qəbul olub. Onlardan ən çox balı Əliyeva Aynur Amil qızı toplayıb. O, 634 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki,  Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunlarının yüz faiz nəticə göstərərək, hər birinin (19 nəfər) ali məktəbə qəbul olması da məlumdur.

Related posts

Leave a Comment