Biləsuvarda ağır yol qəzası baş verib, ölən və yaralılar var

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.

“Regionpress.az” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.

Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri – 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücü N.Abbasov dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.

Qəzaya düşənlər Masallı rayonundan istirahətdən qayıdırmışlar.

Related posts

Leave a Comment