Biləsuvarda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Biləsuvar rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

“Regionpress.az” xəbər verir ki, rayonda Heydər Əliyev Parkında ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü qeyd olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların kollektivləri, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə iştirak edənlər ulu öndərə olan məhəbbətlərini ifadə edib, dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Related posts

Leave a Comment