Biləsuvarlı gənclərin futbol komandası Respublika birinciliyinə hazırlıq mərhələsində növbəti yoldaşlıq görüşünün qalibi olub.
“Regionpress.az” xəbər verir ki, “Biləsuvar” futbol komandası öz meydanında Masallının “Ərkivan” komandası ilə qarşılışıb.
Maraqlı baş tutan yoldaşlıq görüşündə biləsuvarlı gənclər 2:0 xal hesabı ilə qalib olub.
Qeyd edək ki, “Biləsuvar” komandası bundan qabaqkı oyunda Sabirabad futbolçularına 1:0 hesabı ilə qalib gəlmişdi.
Uğurlar, ” Biləsuvar”!