Biləsuvar məktəbləri və bağçalarında fəaliyyət istiqamətləri müzakirə olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi Biləsuvar rayonunda tabeliyindəki müəssisələrin rəhbərləri ilə görüş keçirib.

“Regionpress.az” xəbər verir ki, görüşdə Şirvan-Salyan-Regional Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli idarənin əməkdaşları,  sektorun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinə rəhbərləri iştirak edib.

Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili,şagirdlərin dərsə davamiyyəti, buraxılış imtahanına hazırlıq vəziyyətləri, məktəbdə davranış qaydaları kimi mövzular müzakirə olunub.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Related posts

Leave a Comment