Ölkədə Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
“Regionpress.az“ xəbər verir ki, bu məqsədlə Biləsuvar rayonunda Zəfər parkında ‘Iti dəryazçı” otbiçmə yarışması təşkjl olunub. Yarışda rayon kəndlərindən təmsil olunan 20 komanda mübarizə aparıb.
Daha sonra Gənclər paradında gənc idmançılar qara zurnanın sədaları altında yürüş edib. Heydər Əliyev parkında toplaşan gənclər burada müxtəliv növ idman nümunələri nümayiş etdirib.
Qeyd edək ki, ‘Iti dəryazçı” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi də olub. Belə ki, Nərimankən kəndinin komandası birinci, Aşağı Cürəlidən olan komanda ikinci, Günəşli kəndinin komandası isə üçüncü yerlərə sahib çıxıb. Qalib komandalara Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.