Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub.
“Regionpress.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov