Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib
“Regionpress.az” xəbər verir ki, görüş Biləsuvar Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA Biləsuvar KOB Dostunun birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşü keçirilib.
Sahibkarlarla görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev görüşün əsas məqsədinin sahibkarların problemlərini dinləmək və rayonun mövcud potensialından maksimum istifadə etməklə özəl sektorun inkişafı üçün mümkün şəraitin yaradılması olduğunu bildirib.
Görüşdə həmçinin qeyd olunub ki, sahibkarlar öz obyektlərini təmir edərkən binaların ümumi görünüşünə, daxili quruluşu ilə yanaşı xarici fasad hissələrinin də şəhərsalma normalarına uyğun olmaları üçün müasir dizaynda inşaat işləri aparmalıdırlar.
Tədbirdə sahibkarlar məsələ ilə bağlı görüləcək işlərdən danışaraq, bu istiqamətdə öz təkliflərini irəli sürüblər.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.