Biləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, onların  qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Related posts