Biləsuvarın ilk şəhidi  İbadullla Dəmirovun atası vəfat edib

Qarabağ müharibəsi şəhidi İbadulla Dəmirovun atası vəfat edib.

“Bilesuvarinfo” xəbər verir ki, şəhid atası Ağabala Dəmirov bu gün, ömrünün 93-ci baharında haqq dünyasına qovuşub.

Biləsuvar rayon ictimaiyyətinin  dəyərli ziyalılarından olan ağsaqqal Ağabala Dəmirov uzun illər polis orqanlarında çalışıb.

Şəhid oğlu, 1959-cu il təvəllüdlü İ. Dəmirov ixtisaslı hərbçi olub, Qarabağ uğrunda ilk  döyüşlərə qatılan vətənpərvər zabitlərimizdəndir.l Qarabağ müharibəsi zamanı şəhid olan ilk  Biləsuvar rayon sakinidir. Rayonun Peşə Liseyi  şəhidimizin adını daşıyır.

Allah rəhmət eləsin!


Related posts