Masallı rayonunda quldurluq edən şəxs saxlanılıb.
“Regionpress.az” xəbər verir ki, hadisə Masallı rayonunun Qızılağac kəndində olub.
Sakini olduğu kənddə evlərdən birinə basqın edən İntiqam Axundov ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb edib. Ancaq o, məqsədinə nail olmadıqda hadisə yerindən qaçıb.
Quldurluq əməlini törətməkdə şübhəli bilinən İ.Axundov Masallı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, narkotiklə əlaqəli cinayətə və oğurluğa görə məhkumluq yaşayıb.
Faktla bağlı araşdırma davam etdirilir.