Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tələbələrlə görüşdü.

“Regionpress.az” xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri ilə maarifləndirici görüş keçirilib.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb.

P. Qarayev  narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə  digər çıxışlar dinlənilib. Qeyd olunub ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur. Bu gün narkomaniya insanların sağlamlığı ilə yanaşı onların mənəvi dünyasına, bundan əlavə isə cəmiyyətin digər bir çox sahələrinə də sağalmaz yaralar vurur. Ona görə də bu mövzuda hər kəs həssaslıq göstərməli, narkomaniya bəlasına qarşı birlik nümayiş etdirilməlidir.

Sonda mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.

Related posts

Leave a Comment