Cəlilabadda minik avtomobili aşdı- xəsarət alanlar var

Cəlilabad rayonunda yol nəqliyyatı qəzası baş olub.

“Regionpress.az” xəbər verir ki,  hadisə Bakı-Astara magistralının sözügedən rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki,  minik avtomobilinin aşması nəticəsində  Sumqayıt şəhər sakinləri olan 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Foto: Şərtidir

Related posts

Leave a Comment