Dəyərli kitabların və məqalələrin müəllifi , dosent, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov! . Sizin çoxşaxəli türk xalqlarının tarixini araşdırıb Azərbaycan ictimaiyyətinə çatdırmağınıza görə ürəkdən təşəkkür edirəm. Bu danılmaz faktdır ki, Sovet dönəmində türkoloji tədqiqatlara icazə vermirdilər. Bu yolu tutanlar isə hamıya məlumdur ki, ” Repressiya ” lara məruz qalırdılar. Şükür olsun Allaha ki, o çətin günlər artıq arxada qalıb. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin sayəsində öz müstəqilliyini, azadlığını qazandı.
Bəli bu gün ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqilliyimiz onun övladı böyük Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Bu gün bütün sahələrdə milli inkişaf geniş vüsət aldığı kimi, türkoloji araşdırma sahəsində də yüksək addımlar atılır. Buna misal olaraq bu günlərdə tarixçi alim Taleh Cəfərovun yenicə işıq üzü görmüş ” Türk xalqları və dövlətləriinin tarixi ” iki cildlik ensiklopedik kitabını vacib nümunə kimi göstərmək olar. Şəxsən müəllifin özünün mənə hədiyyə etdiyi bu kitabı hər gün böyük sevgi ilə mütaliə edirəm. Kitab türk xalqlarının ibtidai dövrdən başlayaraq bu günümüzə qədər olan dövrü əhatə edir. Kitabda bu günə qədər bilmədiyimiz tarixi və yeni faktlar çoxdur.
Kitabı vərəqləyib oxuduqca türk xalqlarının mübarizliyinin, vətənpərvərliyinin və humanizminin şahidi oluram. Doğrusu, türk olduğum üçün böyük qürur hissi keçirirəm.
Sonda arzu edirəm ki, hər bir azərbaycanlı bu kitabı mütaliə etsin və hər bir azərbaycanlının evində bu kitab mövcud olsun.
Əlbəttə, bu kitab uzun illərin və böyük zəhmətin bəhrəsidir. Bu yolda göstərdiyi möhtəşəm əməyə görə həmyerlimiz, tarixçi alim, qayğıkeş dostum, dosent Taleh Cəfərova dərin təşəkkürümü bildirirəm, uzun ömür və can sağlığı arzulayıram.
Mən bir azərbaycanlı kimi sizin kitabınızı da türkçülüyümüzün simvollarından biri hesab edirəm. Bir daha yeni uğurlara!.