Cəlilabad rayonunda yol nəqliyyatı qəzası baş olub.
“Regionpress.az” xəbər verir ki, hadisə Bakı-Astara magistralının sözügedən rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində Sumqayıt şəhər sakinləri olan 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədova xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Foto: Şərtidir