Qardaşlıq layihəsi çərçivəsində Çameliyə növbəti səfər həyata keçirilib. 2022-ci ilin may ayının 10-da Türkiyə Respublikasının Dənizli şəhərinin Çameli Belediyesi ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında dostluq əlaqələrinin qurulması məqsədilə imzalanmış “Qardaşlaşmış şəhərlər” haqqında protokola uyğun olaraq, qardaş ölkədə təntənəli şəkildə keçirilən “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak etmək üçün Mubariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Çameliyə növbəti səfər həyata keçirib. “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı”nda iştirak edən Kompleksin şagirdləri də hazırladıqları musiqi və rəqs nömrələr ilə bayram tədbirlərinə qatılıblar. Səfər…
Read MoreCategory: Bütün xəbərlər
Atletika idman növü üzrə rayon birinciliyi keçirildi
Biləsuvarda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə rayon birinciliyi keçirilib Biləsuvar Olimpiya İdman Kompleksində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletika idman növü üzrə məktəbli oğlanlar arasında rayon birinciliyi keçirilib. Ümumtəhsil məktəblərinin iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə görə Bağbanlar kənd tam orta məktəb I yerə, Zəhmətabad kənd tam orta məktəb II yerə, İnternat tipli lisey-məktəb isə III yerə layiq…
Read More“Aşıxlı” Kİ MMC -də fəaliyyətlə bağlı “Azəri Audit Servis” MMC-nin Müstəqil auditorunun hesabatı (rəyi)
“Hacıoğlu” Kİ MMC-nın fəaliyyətilə bağlı “Azəri Audit Servis” MMC-nin Müstəqil auditorunun hesabatı (rəyi)
Həqiqi müəllim cəmiyyət üçün çox qiymətlidir
Ümummilli lider Heydər Əliyev müəllim peşəsinin əzəmətindən danışarkən “Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir.” deyib. Müstəqilliyimizin ilk illərindən məktəbimiz hər zaman vətənpərvər gənclərin yetişməsində müstəsna rol oynayıb. Həmin bu vaxtlarda nə müəllimlərin, nə də məktəbimizin maddi- texniki imkanları yaxşı deyildi. Lakin şagirdlərdə gələcəyə ümid var idi. Bu ümidi formalaşdıran isə müəllimlər olub. O müəllimlər ki, ömrünün böyük bir qismini şagirdlərinə, onların inkişafına həsr etmişdilər. Bir təhsil ocağının qarşıya qoyulan məsələlərə asanlıqla çatmasının əsas səbəblərindən biri isə peşəkar, uzaqgörən, kollektivini və şagirdlərini sevən,…
Read MoreDinləyici tapa bilməyən qürbət şairi
Biləsuvar ədəbi mühiti haqqında söhbət edərkən ötən yüzilliyin doxsanıncı illərində buradakı toplantılar yadıma düşdü. Mənə maraqlı görünən ədəbi yığıncaqlarda qadın yazarların fəallıq göstərməsi idi. Lətifə Qəmli, Zülfiyyə Quliyeva, Əfsanə Haqverdiyeva, Gülnaz Qocayeva, Tamaşa Biləsuvarlı, Aynurə İsmayılova, Pərvanə Rasimqızı, Alimə Sucayeva, Fidan Səda, İradə Biləsuvarlı, Şəfa Sadıqova, Mətanət Poladlı, Şəlalə Xankişiyeva, Zeynəb Elqızı, Gülşən Abbasova, Şəhrəbanu Səma və başqaları həm “Biləsuvar töhfələri”, həm də “Səməndər” ədəbi birliklərinin şeir məclislərində müntəzəm iştirak edir, yeni yazdıqlarını oxuyurdular. Ədəbi müzakirələr qızğın keçirdi, bəyənilən şeirlər toplularda işıq üzü görürdü. Bu yığıncaqlara Əfsanə Haqverdiyeva (Əliyeva) da…
Read More“Biləsuvar Tikiş fabrik”inin nəzdində dərzi kursu fəaliyyətə başladı
Biləsuvar rayonunda yenicə fəaliyyətə başlayan tikiş fabrikində daha çox rayon sakininin məşğulluğunun təmin olunması qarşıda duran vəzifələrdəndir. Bunun üçün aidiyyəti dövlət qurumları fabrikə öz dəstək mexanizmlərini araşdırır. “Regonpress.az” xəbər verir ki, Əmək və Əhalinin Müdafisəi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində fabrikdə “Dərzi” ixtisası üzrə peşə hazırlıq kursuna start verilib. Bu günlərdə fabrikdə kursun açılış mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev və filialın əməkdaşları iştirak edib. Filial müdiri Habil Alıyev ölkəmizdə əhalinin sosial…
Read MoreAzərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. “Regionpress.az” AZƏRTAC-a istinadən paylaşımı təqdim edir: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı…
Read More“İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması”
Sumqayıt Dövlət Universiteti ilə Oksford Universiteti (Saïd Business School) COP29 çərçivəsində “İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” başlıqlı panel müzakirəsi təşkil edib “Regionpress.az” xəbər verir ki, panel müzakirəsində iqlim fəaliyyətlərinin həyata keçirilməsində gənclərin və universitetlərin rolu, təhsil üzrə milli və beynəlxalq iqlim strategiyaları, təhsil və tədqiqatlarda iqlim dəyişikliklərinin idarə edilməsi barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, liderlik, gender və iqlim fəaliyyəti və iqlim dəyişikliyinin sağlamlığa təsirlərini aradan qaldırma yolları ilə bağlı geniş müzakirələr həyata keçirilib. Panel müzakirəsində İqlim Dəyişikliyi üzrə Qlobal Universitet Alyansının (The Global Alliance…
Read MoreSumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti (Saïd Business School) və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirilib
Sumqayıt Dövlət Universitetinin dəstəyi lə Oksford Universiteti (Saïd Business School) və Burjeel Holdinq COP29 çərçivəsində “İqlim Dəyişikliyi Müsabiqəsi” final mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, müsabiqəyə 58 ölkədən daxil olan 1000-dən çox müraciət daxil olub ki, bunlardan təxminən 135-i Azərbaycandan olub. Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müsabiqənin açılışında çıxış edərək layihənin vacibliyindən danışıb və müsabiqə finalçılarına uğurlar arzu edib. Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Rüfət Əzizov və Oksford Universitetinin (Saïd Business School) əməliyyatlar üzrə baş direktoru Manos Kapterian çıxış edərək müsabiqə haqqında məlumat verib: “Hər il…
Read More