Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən “Talelərin oyunu” kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir…
Read MoreCategory: Dünya
Bu ailədə iki uşağın hüquqları pozulur-Yenilənib
Biləsuvar şəhərində, Təyyarə meydanı deyilən yeni yaşayış massivində yaşyır 33 yaşlı Bənövşə Qurbanəli qızı Əliyeva. Onun himayəsində 5 övlad böyüyür. Beşinci, oğul övladını hazırda yaşadığı mənzildə 9 ay öncə dünyaya gətirib. “Regionpress.az” xəbər verir ki, ananın sözlərinə görə, uşağın ilk peyvəndi xəstəxanada vurulub. Ancaq digər peyvəndlər üçün aparılanda, xəstəxanadan bildirilib ki, uşağın Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bu işi icra edə bilməyəcəyik. Bənövşə xanım bildirir ki, uşağa şəhadətnəmi götürməkçün çalışıram: “Ancaq, xəstəxanada dəfələrlə olsam da, buradan bildirblər ki, uşağın doğuşunun xəstəxana şəraitində olmadığından uşağın qeydiyyatını apara bilmirik. Bunun üçün Məhkəməyə…
Read MoreLənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni təyinatlar olub
Lənkəran səhiyyəsi ilə bağlı yeni təyinatlar olub. “Regionpress.az”ın verdiyi məlumata görə, TƏBİB-in icraçı direktorunun sərəncamına əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktor müavini vəzifəsinə Elgiz Dünyamalı oğlu Baxşəliyev təyin olunub. O, bu vəzifəyə təyin olunadək xəstəxananın təcili yardım şöbəsinin müdiri vəzifəsində işləyib. Qeyd edək ki, Lənkəran RMX-in direktoru Ağabala Kəlbiyevin imzaladığı müvafiq əmrə əsasən isə bundan sonra təcili yardım şöbəsinə həkim-terapevt Vüsal Mirzəhəsən oğlu Dənziyev rəhbərlik edəcək.
Read MoreNarkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb
Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyasını həyata keçirən şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Read MoreCəlil Qurbanlı: Tarixi həqiqətlər – faktlar danışır
Dəyərli kitabların və məqalələrin müəllifi , dosent, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov! . Sizin çoxşaxəli türk xalqlarının tarixini araşdırıb Azərbaycan ictimaiyyətinə çatdırmağınıza görə ürəkdən təşəkkür edirəm. Bu danılmaz faktdır ki, Sovet dönəmində türkoloji tədqiqatlara icazə vermirdilər. Bu yolu tutanlar isə hamıya məlumdur ki, ” Repressiya ” lara məruz qalırdılar. Şükür olsun Allaha ki, o çətin günlər artıq arxada qalıb. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin sayəsində öz müstəqilliyini, azadlığını qazandı. Bəli bu gün ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqilliyimiz onun övladı böyük Prezidentimiz İlham Əliyev tərəfindən davam…
Read MoreMəktəb divarlarını əl işləri ilə canlandıran müəllim – FOTOLAR
Məktəb divarlarını əl işləri ilə canlandıran müəllim – FOTOLAR İnsan öz istedadını kəşf edib, o sahə ilə məşğul olanda daha çox uğurlar əldə edir. Bu gün Azərbaycanın təhsil sahəsində kifayət qədər istedadlı müəllimlərimiz var. Onlardan da biri Gülçin müəllimdir. “Azərbaycan müəllimi” Gülçin Hüseynovanın hekayəsini təqdim edir: O, 1996-ci ildə Salyan rayonunda anadan olub. 2013-cü ildə məktəbi bitirən müsahibimiz 2013-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olub. 2018-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında uğurlu nəticə əldə edib. Gülçin müəllimin dediyinə görə,…
Read MoreAzərbaycanda Anım Günüdür!
Vətən müharibəsinin başlamasından dörd il keçir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv…
Read MoreVəfa Şərifovanın oğurlanan “Instagram” hesabı geri qaytarıldı – VİDEO
Vəfa Şərifovanın bir neçə gün öncə oğurlanan rəsmi instaqram hesabı geri qaytarılıb. Bununla bağlı məhşur müğənni sözü gedən hesabında video paylaşaraq “Instagram” hesabını geri qaytaran şəxsin kimliyini açıqlayıb. Həmin şəxsin Sosial Media Mütəxəsisi Ruslan Əliyevin olduğunu bildirib. Qeyd edək ki, son günlər Şəbnəm Tovuzlu ilə mahnı qalmaqalı pik həddə çatan müğənni Vəfa Şərifovanın 1 miyon 600 minlik “instagram” səhifəsi ələ keçirilmişdir.
Read MoreAntiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anıldı
Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anılıb. “Bilesuvarinfo” xəbər veriir ki, ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Kəlbiyev Əkrəm Faiq oğlunun birinci ildönümündə xatirəsi ehtiramla anılıb. Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru,…
Read MoreAstarada 25 yaşlı gənc babasının evini taladı
Astarada evlərdən birindən pul, pensiya kartları və qızıl oğurlanıb. “Regionpress.az” xəbər verir ki, hadisə rayonunun Şahağacı kəndində olub. Belə ki, 1999-vu təvəllüdlü Vüsal Dadaşov bababasının evindən 3100 manat, 600 dollar, qızıl-zinət əşyası və 3 ədəd pensiya kartını oxurlayıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən V. Dadaşov saxlanılıb. Ondan oğurladığının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Read More