Motosikleti olanların nəzərinə! – Sabahdan aksiz vergisi tətbiq olunacaq

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib. Sabahdan isə verginin tətbiqininə başlanılacaq. “Regionpress az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Belə ki, yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq. Eyni zamanda…

Read More

Cəlilabadda yanğında iki qardaş xəsarət aldı

Cəlilabad rayonunda mənzildə yanğın baş verib. “Regionpress.az” xəbər verir ki, hadisə rayonun Buravar kəndində qeydə alınıb. Yanğını söndürən zaman evdə yaşayan 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanığ xəsarəti alıb. Boyunları, əlləri və aşağı ətrafları yanan qardaşlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Orxan Əkbərovun anım günüdür. “Regionpress.az” xəbər verir ki, anım günü münasibəti ilə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları və Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin kollektivi tərəfindən qəhrəmanımızın əziz xatirəsi yad edilib. Mədəniyyət işciləri şəhidin məzarı ziyarətində onun misilsiz  sücayətlərindən söz açıb, doğmaları ilə görüşərək başsağlığı verib. Qeyd olunmuşdur ki, bu gün biz Müzəffər Ali Baş Komandanın qətiyyəti və  şəhidlərimizin qəhrəmanlıqları hesabina torpaqlarımızın 30 ildən bəri davam edən təcavüzünə son qoyuldu. Artıq Xocalıda, Xankəndində də üçrəngli bayrağımızın dalğalanmasının əvəzsiz sevincini yaşayırıq. Qeyd…

Read More