Məktəblərdə vakant  vəzifələrə iddialı olanlar test imtahanı verdi

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. “Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb. Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan  vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır. İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.

Read More

“Darıxma,  qardaşın qəhrəman olacaq..!”

Onlar uşaq yaşlarından zəhmətə alışdılar, halal çörəklə böyüdülər. Təsərrüfat işlərinə maraqlı olan qardaşlar hələ məktəbli olarkən qoyun-quzu saxlayır, ailələrinin maddi sıxıntılarına dəstək olurdular. Bənna atalarının, xəstəxanada xidmətçi  işləyən analarının əziyyətlərini görən Azər hələ 10 yaşında olarkən Nailə ananın qarşısında diz çöküb  deyib: “Ana səni mən özüm xoşbəxt edəcəm. Sən mənimlə fəxr edəcəksən”.  … Quş qanadlı illər Azərlə   Elşən qardaşların həyatından elə sürətlə  ötüb keçdi ki, qonşular deyir ki, biz onların necə böyüdüyünü bilmədik. Onların uşaq qəlbləri sanki xeyirxahlıq xəzinəsi idi. Uşaqlığı gəncliklə əvəz edərkən də tərbiyələrinə, ədəb-ərkan nümunələrinə sadiq qaldılar.…

Read More

Biləsuvarda qadınlar qurultaya hazırlıqla əlaqədar toplantı  keçirdi

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan qadınlarının Vl qurultayı ilə əlaqədar toplantı keçirildi. “Regionpress.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və rayonun müxtəlif sahələrində çalışan ictimai fəal qadınlar iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və dövlət müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova Azərbaycan qadınlarının tarixən…

Read More

“Narkomaniya əsrimizin bəlasıdır!” mövzusunda şagirdlərlə görüş təşkil edilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Narkomaniya əsrimizin bəlasıdır!” mövzusunda şagirdlərlə görüş təşkil edilib. “Regionpress.az” xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov bildirib ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli və qlobal problemlərdəndir: “Təəssüflər olsun ki, bu ümumbəşəri problem ölkəmizdən də yan keçməyib. Narkotiklərin cəmiyyət üçün təhlükəsi artdıqca onunla mübarizənin gücləndirilməsi zərurəti də artır və aktuallaşır. Buna görə də narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə təkcə dövlətin və…

Read More

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar 

Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.   “Regionpress.az” AZƏRTAC -a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoydular. Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən…

Read More

Biləsuvarda gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edi

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Sentyabr ayının 9-da YAP Biləsuvar rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Tədbirdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun…

Read More

Salyan və Neftçalada təhsilverənlərlə görüş olub

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və idarənin sektor müdürü Salyan və Neftçala rayonlarında təhsilverənlərlə görüşüb. “Regionpress.az” xəbər verir ki,  görüşdə həmin rayonlarda fəaliyyət göstərən məktəblərin direktorları, direktor müavinləri və cari ildə 4-cü sinifdə dərs demiş ibtidai sinif müəllimləri iştirak ediblər. Görüş zamanı 4-cü sinifdə baş verən geriləmələrin səbəbləri, növbəti tədris illərində bu geriləməni aradan qaldırmaq üçün görüləcək tədbirlər müzakirə olunub. İdarə müdiri tərəfindən müəllimlərə tədrisin keyfiyyətini qaldırmaq istiqamətində tövsiyələr verilib.

Read More

Təhsil işciləri korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirlərini müzakirə edib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil sektorlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılan ardıcıl və məqsədyönlü işlər  və bu istiqamətdə təhsil işcilərinin öhdəsinə düşən vəzifələr müzakirə olunur. “Regionpress.az” xəbər vürir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Biləsuvar sektorunda Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşınısının alınması məqsədilə tədbir təşkil olunub.. Tədbirdə çıxış edənlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional işlər barədə məlumat verdilər. Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata…

Read More

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. ​”Regionpress.az” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Sərəncama əsasən Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini təyin olunub və kollektivə təqdim edilib. Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Read More

VI Robot Olimpiadasında Şirvan şəhərinin məktəbliləri qaliblərdən olub

 Ölkədə yeniyetmə və gənclər arasında keçirilən VI Robot Olimpiadasına yekun vurulub.  “Regionpress.az” xəbər verir ki, Milli Gimnastika Arenasında  Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı baş tutan olimpiadanın qalibləri arasında olan şirvanlı şagirdlər var. Onlar  3-cü yerə layiq görülüblər. . Belə ki, olimpiadadanın final mərhələsində Şirvan STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət “Gigabyte”komandası, Olimpiadanın yekununda  “Gigabyte” komandası “Robimission sinyor” kateqoriyası üzrə qalib olub. Komandanı şagirdlər:  Hüseynov Asif, Həsənli Kamal və Axundov…

Read More