Prezident İlham Əliyev bu gün Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub. “Regionpress.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read MoreCategory: Ölkə
Prezident İlham Əliyev Cəlilabad rayonunda olub -Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. “Regionpress.az” 525.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı rayona səfəri zamanı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Qeyd edək ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq. Məlumat…
Read MoreElm və Təhsil Nazirliyində hesabat müşavirəsi keçirlib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində nazirliyin rəhbər heyəti, struktur bölmə və qurum rəhbərlərinin iştirakı ilə hesabat müşavirəsi keçirilib. “Regionpress.az” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin keçirilməsində məqsəd nazirliyin struktur bölmə və qurumları arasında əməkdaşlığın artırılması, çevikliyin təmin olunması, təhsil sahəsində görülmüş işlər, yaranmış çətinliklər, qarşıda duran məsələlərlə bağlı tərəflərin məlumatlandırılması, təkliflərin səsləndirilməsi, eləcə də müvafiq istiqamətlərdə müzakirələrin aparılması olub. Müşavirədə Elm və Təhsil Nazirliyinin 2023-cü il qarşısında duran əsas hədəflər və bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, nazirliyin əhatə etdiyi fəaliyyətlərin vaxtında və uğurlu icrası…
Read MoreBiləsuvar rayonu üzrə təhsil sektorunun yeni müdiri məlum oldu – FOTO
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. “Regionpress.az” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmr imzalayıb.Əmrə əsasən Xammədov Anar Zakir oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. A. Xammədov bu təyinatadək Biləsuvarın Bəydili kənd tam orta məktəbinin direktoru vəzivəsini icra edirdi. Qeyd edək ki, Biləsuvar şəhər N. Gəncəvi adına 1 saylı tam orta məktəbində, yeni sektor müdürünün təqdimatında Şirvan-Salyan Regional Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri və sözügedən rayonun məktəb direktorları və məktəbəqədər…
Read MoreSabiq direktor əvəzi məhkəmə qarşısında
Atası uzun müddət, 20 il 1 saylı Göytəpə tam orta məktəbinin direktor işləmiş, özü isə 2 dəfə direktor vəzifəsini icra edən şəxs niyə həbs edilib? 1800 nəfərdən artıq şagirdi, 100-dən artıq müəllimi olan Cəlilabad Rayon V. Mürsəlov adına Göytəpə Şəhər 1 saylı tam orta məktəbi son illər bir qaynar qazana bənzəyir. Yarım başlıqda qeyd etdiyimiz kimi bu məktəbə 20 ildən artıq Bəxtiyar Cəfərov rəhbərlik edib. Daha sonra bu vəzifə onun oğlu Seymur Cəfərova həvalə edilir. Arada həmin məktəbin direktoru o məktəbdə müəllim işləyən Zaur Kəngərli olsa da, 2021-2022-ci ildə məktəbin direktorluğa yenə S. Cəfərova həvalə edilib. Şikayətlər,…
Read MoreBu gündən Məhərrəm ayı başladı
Azərbaycanda Məhərrəm ayı başlayıb. “Regionpress.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir. Avqustun 17-si Məhərrəm ayı başa çatır, avqustun 18-si Səfər ayı başlayır. Sentyabrın 6-sı, yəni Səfər ayının 20-ci günü, imamın 40-ı günü olacaq. Sentyabrın 15-i isə Səfər ayı başa çatır. Qazılar Şurası dindarlarımıza xatırladır ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan…
Read More“Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi ilk dəfə Biləsuvarda
Bir müddət öncə ölkədə fəaliyyətə başlayan “Əkinçinin dostu” Tədris, Araşdırma və Təcrübə Mərkəzi Türkiyənin “EMA” şirkəti tərəfindən ( şirkət bu ölkədə pestisid sənayesinin lideri “HEKTAŞ”la sıx əməkdaşlıq edir) təməli qoyulub. Azərbaycanda bu cür mərkəzlərin ilk dəfə yaradılması ilə fermerlərin özlərini inkişaf etdirməsi və ölkə iqtisadiyyatına mühüm töhfələr verməsi üçün səylərini sürətləndirməyi hədəfləyir. Sözügedən mərkəz Biləsuvar rayonunda yaradılıb. Biləsuvar DAİM – in yaxınlığında 2 hektar ərazidə, hər bir şəraitlə fəaliyyətini məqsədəmüvafiq şəkildə genişləndirməkdə olan “Əkinçinin dostu”nun hədəfi müasir innovativ yeniliklərin tədbiqi ilə fermer təsərrüfatlarında səmərəliliyə nail olmaqdı. Mərkəzin rəhbəri Mikayıl Soltanov “Regionpress.az” a görülən işlər haqqında danışarkən aşağdakıları qeyd…
Read MoreBaş prokuror Biləsuvar rayonunda vətəndaşları qəbul edib Baş prokuror Kamran Əliyev Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib. “Regionpress.az” qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 91 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli…
Read MoreBiləsuvarda qeyri – ənənəvi bitkilərin əkininə başlanılıb
Biləsuvar rayonunda ilk dəfə olaraq təcrübə – sınaq sahəsində qeyri – ənənəvi yem bitkilərinin əkininə başlanılıb. Əkinçilik Elmi tədqiqat Institutunun alimlərinin iştirakı ilə bir hektarlıq ərazidə cənubi Amerikada becərilən Amarant və Kinoa bitkisinin səpini aparılıb. Bu günlərdə inistitutun labaratoriya müdürü Sevil Abasquluyeva və digər əməkdaşları ilə birgə “Aqropark Yaşıl Ada” MMC – də aparılan yeni əkinlə tanış olduq. Bu bitkilərin yerli iqlim şəraitində yüksək inişafına şahid olduq. “Regionperess”ə bu haqda danışan Biləsuvar DAİM – in direktoru Nurəddin Quliyev qeyd edib ki, son illər müşahidə olunan iqlim dəyişkənliyi aşağı keyfiyyətli müxtəlif…
Read MorePrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 12-də Bakıda Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olublar. “Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın…
Read More