Biləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır

Biləsuvar rayonunda yaşı yüz ildən çox olan tut ağacları var. “Regionpress.az” xəbər verir ki, bu ağaclar rayonun Zəhmətabad kəndində, biologiya müəllimi Vidadi Məmmədovun evinin həyətindədir. O, bildirmişdir ki, bu ağacların tarixinin qədim olmasını ilk nənəmdən eşitmişəm: “1924-ci il təvəllüdlü olan mərhum nənəm kəndimizdə doğulub. O, mənə uşaq yaşlarında bu ağacları iri gövdəli görməsindən danışıb.. . İndi bizim yaşadığımız bu yerdə kəndimizə məxsuz kolxozun uşaq bağçası olub. Yəni kolxazda çalışan qadınlar öz uşaqlarını bura gətirdikdən sonra pambıq tarlalarına işə yola düşüblər. Həmin dövürlərdə kəndimizin uşaqlarını bu ağacların kölgəsi qızmar yay günəşi…

Read More

“Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qağaməli Seyfullayev  rəhbərliye sədaqət nümunesidir . Qağaməli Seyfullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. “Regionpress.az” xəbər verir ki, bu haqda Pressxəbər informasiya agentliyində dərc olunan yazıda qeyd olunub. Bildirilib ki, son bir neçə gündür ki, bəzi “ağzıgöyçək” media qurumlarında Qağaməli Seyfullayev barəsində lazımi əsası olmayan yazılar tirajlanmaqdadır. Yəni, hələ də bu qədər ucuzluğa, dayaz addımlar atmağa həvəs göstərən media qurumlarının hərəkətlərini başa düşmək olmur. Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz…

Read More

Vidadi Məmmədov, bioloq: Təbiətimizdəki faydalı bitkilərdən lazımı qədər istifadə edib sağlamlığımızın qayğısına qalmırıq

Muğanda yetişən çoxlarının diqqətindən kənarda qalan gicitkən sən demə dünyanın ən qiymətli bitkilərindən biri olan jenşen qədər min bir dərdin dərmanı imiş. Bəzən ətrafımızda, ana təbiətin bizə bəxş etdiyi nemətlərin  fərqinə varmırıq. Biləsuvarın Bağbanlar kəndindən olan biologiya müəllimi, tədqiqatçı  Vidadi Məmmədov Regionpress.az-a bu haqda danışarkən bildirib ki, yaxşı yaşamaq üçün daha çox çalışırıq, lakin düşunmürük ki, yaxşı  yaşamaq üçün sağlam olmaq lazımdır: “Aran bölgəsində yüzlərlə faydalı bitkilər var ki, bunlar min bir dərdin dərmanıdır. Bu bitkilər əsasən də müalicəvi olmaqla çox qiymətlidirlər.  Bunlardan ən çox yayılmışları çobanyastığı, həməköməci, boymadərən, bağayarpağı,…

Read More

İlaxır çərşənbə Təhsil Kompleksində coşquyla qeyd olunub 

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən İlaxır-Torpaq çərşənbəsi  Biləsuvarda Milli Qəhrəman  Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində də kollektivin böyük coşqu və yüksək əhval ruhiyyəsi ilə qeyd olunub. İstedadlı şagirdlərin ifasında biri-birindən maraqlı kompazisiyalarla təqdim olunan  bayram şənliyi bu dəfə  özəlliyi ilə yadda qalıb. Təhsil Kompleksinin icraçı direktoru    Aqşin Bağırov  şənlikdə çıxış edərək, bütün iştirakçılara ilaxır çərşənbə və Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını bildirib. Hər kəsə cansağlığı, ailələrə bol ruzi-bərəkət arzulayıb. “Novruz bayramı böyük bir keçmişimiz, tariximiz və mədəniyyətimizdir. …

Read More

İsmətli kəndinin sakini: Kəndimizin girişinə atılan zibilləri təmizləyən yoxdur

Biləsuvar rayonunun İsmətli kəndinin giriş hissəsi zibil tullantıları ilə çirkləndirilib. Regionpress.az xəbər verir ki, kənd sakinləri yaranan bu vəziyyətdən çox narahatdır. İsmətli kənd sakini Əflan Əmənov bildirir ki, kəndin girişində yaranan bu mənzərə xeyli müddətdir davam edir: “Dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəsinə məlumat verilib, ancaq heç bir nəticə olmayıb. Hətta, bir müddət qabaq məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi hallarına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İsmətli bələdiyyəsinə cərimə də tətbiq olunub, bələdiyyə nəticə çıxarıb kənddə məişətdən çıxan tullantıların daşınmasını təşkil etmir. Bəzi vətəndaşlar da…

Read More

Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib

Biləsuvarlı seçicilərlə növbəti görüş keçirilib Keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 22-də  Biləsuvar şəhəri “28 may küçəsi 19 ünvanında”, eləcə də rayonun Zəhmətabad və Əliabad kəndlərində yaşayan seçicilərlə görüş keçirilib. Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Mirhənifə Mirsultanov, Zakir Şahbazov və Qənbərəli Bağırov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, şəhid Rahət İsayevin atası Rafət  İsayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili…

Read More

Müəllimlərin nəzərinə!

📌📌📌Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi 📣📣📣RİYAZİYYAT, İNGİLİS DİLİ və İBTİDAİ SİNİF MÜƏLLİMİ vəzifəsi üzrə vakansiya elan edir. 📣📣📣 ♦ Vəzifə ilə bağlı aşağıdakı tələblər qoyulur: – Ali təhsil ; – MS Office proqram paketindən istifadə bacarıqları; – Səmərəli kommunikasiyanın qurulması və komanda ilə işləmək bacarığı; – İnteraktiv təlim və müasir tədris metodlarını tətbiq etmək bacarığı; – Sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması; ♦ Arzuolunandır: – Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbul imtahanının nəticəsi və ya diaqnostik imtahan nəticəsi; ♦ Mövcud olan…

Read More

O, da xaricdə təhsil almaq hüququnu əldə edib

Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi xaricdə təhsil almaq imkanı  qazanıb. “Regionpress.az” xəbər verir ki, bu haqda ali təhsil ocağının rektoru Elmar Qasımov öz fecbook səhifəsində paylaşım edib. Belə ki, Ali Məktəbimizin daha bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrini Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil almaq şansı əldə edib. “Erasmus+KA107” və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və onların valideynləri ilə görüşdə BANM-in rektoru E. Qasımov xoş arzularını çatdırıb. Proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələrdən biri Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu…

Read More

Oğurluğa görə saxlanılmışdı, evindən tapança da aşkarlandı

Cəlilabad  rayon ərazisində yerləşən evlərdən oğurluq edənlər yaxanalıb. “Regionpress.az” xəbər verir ki, rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıb. Onların oğurladıqları əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. X. Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Read More