Sosial Xidmətlər Agentliyinin sosial-məişət xidmətindən ahıl insanlar yararlanıb. “Regionpress.az” xəbər verir ki, Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə tədbir keçirilib. Agentliyin Lənkəran – Astara regional filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirə Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan 30 ahıl cəlb edilib. Görüşdə ahıllarla səmimi söhbət olunub, agentlik əməkdaşları ilə birlikdə təbiət qoynunda xoş bir gün keçiriblər.
Read MoreCategory: Ölkə
Xeyirxah əməlli Şəmsi ustanı bəlkə də elə sürücü yoxdur ki, tanımasın…
Şəmsi usta 30 ildən çoxdur rayon sakinlərinə fasiləsiz xidmət göstərir, yanına gələn müştərilər onun göstərdiyi xidmətin keyfiyyətindən, səmimi davranışından razılıqlarını bildirir. Artıq bu illərdə yüzlərlə sürücünün doğma, dəyişməz ünvanına çevrilib onun avtomobil təmiri sexi.. . “Regionpress.az” xəbər verir ki, avtomobil çilingəri Şəmsi Rəcəbova məxsuz avtomobillərin təmiri sexi Biləsuvar şəhərindədir. Onun göstərdiyi xidmətindən hər kəs razı salır. Afət Hüseynov deyir ki, uzun illər sürücülük edirəm: “Dəfələrlə olub, avtomobilimdə texniki problemlem yaranarkən maddi imkanım zəif olub. Sağ olsun, Şəmsi usta sanki yoxdan-var düzəldib, nasaz detalları sazlayıb maşınımı mənə təhvil verib. Bəzi ustalardan fərqli…
Read MoreOrucluq bayramında “Azəraqrar Tikinti Şirkəti” MMC- dən xeyirhahlıq nümunəsi
Deyirlər ki, xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Genetik yaddaşın bir qəlpəsi olan xeyirxahlıq qannan, ilikdən, tərbiyəynən süzülüb gəlir. “Regionpress.az” xəbər verir ki, Biləsuvar şəhərində aztəminatlı ailənin yaşadığı mənzil qaz təminatı həyata keçirilib. Ailə başcısının sözlərinə görə 15 ildən artıq idi ki, bu mənzildə yaşayırıq. Artan ailə ehtiyacları, səhhətimlə bağlı işləyə bilməməyim qaz sayğacı ilə bağlı ödənişləri etməyə imkan verməyib: “ Sağ olsunlar, “Azəraqrar Tikinti Şirkəti” MMC tərəfəindən çətinliyimiz…
Read MorePrezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir
Azərbaycanda mövcud iqtisadi potensialın əhəmiyyətli hissəsinin Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa prosesinə, habelə Böyük Qayıdışa sərf edilməsi fonunda Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə növbəti səfəri yalnız işğaldan azad olunmuş ərazilərin yox, ölkəmizin hər bir guşəsinin diqqət mərkəzində olduğunu göstərir və uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlığının təmin edilməsi istiqamətində mühüm addımdır. “Regionpress.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev fəaliyyətində, xüsusən güclü və müstəqil iqtisadiyyat quruculuğunda şaxələndirmə həmişə mühüm prioritet kimi diqqət çəkib. “Özünün…
Read MoreTaxta parçasını sənət əsərinə cevirən sənətkar
Oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi ölkəmizdə tarixən mövcud olub. Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. “Regionpress.az” xəbər verir ki, bu gün ölkəmizdə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri Rauf İbrahimovdur. Salyan şəhər 4 saylı orta məktəbin təsviri incəsənət müəllimi işləyən oymacı sənətkar böyük sevgiylə öz sənətini yaşadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Bədii qrafika” fakültəsinin tələbəsi Rauf müəllim 2000-ci ildən başlayaraq bədii oyma sənətində mükəmməl sənət əsərləri yaratmağa nail olub. İlk dəfə dörd il öncə, özünü Nizami Gəncəvin əsərlər qəhrəmanı Bəhram Gurun…
Read More“AQRO KREDİT İTTİFAQI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cildə fəaliyyət Hesabatı
Biləsuvarda GPON texnologiyası əsasında yeni rabitə şəbəkəsinin qurulması son mərhələdədir
Biləsuvar rayonunda rabitə infrastrukturunun təkmilləşdirilməsi, əhaliyə keyfiyyətli rabitə və yüksək sürətli internet xidmətlərinin göstərilməsi məqsədilə görülən işlər sürətlə davam etdirilir. “Regionpress.az” xəbər verir ki, bu sahədə 2023-cü ildə Biləsuvar şəhərində başlanılan işlərin yekunu olaraq ilin sonunda artıq şəhərin bütün küçələrində və yeni yaşayış massivlərində ev təsərrüfatlarını sürətli internetlə və dayanıqlı rabitə ilə təmin edən müasir GPON şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib. Hazırda bu istiqamətdə bütün kəndlərdə kompleks işlərə başlanılıb. Kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr…
Read MoreBağban: Ağac da canlıdır, uşaq kimi qulluq istəyir
Azərbaycanda meyvəçiliyin intensiv texnologiyalar əsasında inkişaf etdirilməsi hazırda aqrar sektorun qarşısında dayanan əsas hədəflərdən biridir. Artıq bir sıra bölgələrində bu sahənin inkişafı öz növbəsində, əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifah halının yaxşılaşmasında da mühüm rol oynayır. “Regionpress.az” xəbər verir ki, son illər Biləsuvar rayonunda yeni meyvə bağları salınarq, yerli torpaq-iqlim şəraitinə uyğun meyvə ağaclarının yetişdirilməsinə başlanılıb. Rayonun Bağbanlar kəndindən, müəllim olan Ramin Həsənov zəngin çeşidli tingçilik təsərrüfatının sahibidir. Zəngin çeşidli meyvə sortlarının tinglərinin becərilməsində həyətyanı torpaq sahəsi ilə yanaşı, çöl əkin sahəsindən də istifadə edir. O, ağaclara qulluqdan danışarkən…
Read More31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib
Biləsuvar rayonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunan elmi konfrans keçirilib. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərvaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasinin müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarix nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, dosent, tarix üzrə elmlər doktoru Vaqif Abışov, AMEA-nın Arxelogiya və…
Read MoreBiləsuvar rayon sakini bir əsr öncə əkilən ağacları qoruyub saxlayır
Biləsuvar rayonunda yaşı yüz ildən çox olan tut ağacları var. “Regionpress.az” xəbər verir ki, bu ağaclar rayonun Zəhmətabad kəndində, biologiya müəllimi Vidadi Məmmədovun evinin həyətindədir. O, bildirmişdir ki, bu ağacların tarixinin qədim olmasını ilk nənəmdən eşitmişəm: “1924-ci il təvəllüdlü olan mərhum nənəm kəndimizdə doğulub. O, mənə uşaq yaşlarında bu ağacları iri gövdəli görməsindən danışıb.. . İndi bizim yaşadığımız bu yerdə kəndimizə məxsuz kolxozun uşaq bağçası olub. Yəni kolxazda çalışan qadınlar öz uşaqlarını bura gətirdikdən sonra pambıq tarlalarına işə yola düşüblər. Həmin dövürlərdə kəndimizin uşaqlarını bu ağacların kölgəsi qızmar yay günəşi…
Read More