Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. “Regionpress.az” xəbər verir ki, Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlərin bir hissəsinə sığorta ödənişləri təqdim edilib. Biləsuvar rayonunda sözügedən rayonlardan fermerlərə sığorta ödənişlərinin təqdimatı tədbirində bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır. Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı…
Read MoreCategory: Ölkə
Biləsuvarın ilk şəhidi İbadullla Dəmirovun atası vəfat edib
Qarabağ müharibəsi şəhidi İbadulla Dəmirovun atası vəfat edib. “Bilesuvarinfo” xəbər verir ki, şəhid atası Ağabala Dəmirov bu gün, ömrünün 93-ci baharında haqq dünyasına qovuşub. Biləsuvar rayon ictimaiyyətinin dəyərli ziyalılarından olan ağsaqqal Ağabala Dəmirov uzun illər polis orqanlarında çalışıb. Şəhid oğlu, 1959-cu il təvəllüdlü İ. Dəmirov ixtisaslı hərbçi olub, Qarabağ uğrunda ilk döyüşlərə qatılan vətənpərvər zabitlərimizdəndir.l Qarabağ müharibəsi zamanı şəhid olan ilk Biləsuvar rayon sakinidir. Rayonun Peşə Liseyi şəhidimizin adını daşıyır. Allah rəhmət eləsin!
Read MoreTARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar
TARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar admin “QARA ARXEOLOGİYA”NIN QARA ƏMƏLLƏRİNƏ DAİR HƏYƏCANLI XƏBƏRLƏR Qafar Cəbiyev, AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor “Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin…
Read MoreTARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar
“QARA ARXEOLOGİYA”NIN QARA ƏMƏLLƏRİNƏ DAİR HƏYƏCANLI XƏBƏRLƏR Qafar Cəbiyev, AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor “Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin təkrar-təkrar müraciət və etirazlarına baxmayaraq, həmin materiallar bu gün də Fransa muzeylərində…
Read MoreÇinarə Cəfərova mükafatını aldı
Məktəblilər arasında, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. “Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar rayon Yuxarı Ağalı kənd orta məktəbinin IX sinif şagirdi Vəfa Fərid qızı Həsənzadə müsabiqənin qaliblərindən olub. Şirvan -Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli mükafatlandırma mərasimində Vəfa Həsənzadəni təbrik edərək ona fəxri fərman və hədiyyələri təqdim edib. Qeyd edək ki, Şirvan -Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev uşaqların gözü ilə” inşa -yazı müsabiqəsində V. Həsənzadə III yeri tutub.
Read More“MKT İK” MMC bu kənddə məktəbliləri sevindirdi
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Biləsuvar rayon Xırmandalı kənd 2 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub. “Regionpress.az” xəbər verir ki, “MTK MMC” in təşəbbüsü və dəsdəyi ilə bayram şənliyi bu məktəbdə daha<rəngarəng, maraqlı baş tutub. Tədbir məktəb direktoru Rəşad Əliyevin tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etməsi ilə başlayıb. “MKT İK” MMC Biləsuvar filialının direktoru müavini Miryusif Həşimov şənlik iştirakçılarına çalışdığı müəssisənin rəhbərliyinin təbrikini çatdırıb. O, şagirdlərə yeni ildə təhsildə daha yüksək fəallıq, gələcəkdə dövlətimizçün savadlı və bacarıqlı kadrlar olmağı arzu…
Read MoreDiqqətimizi piar işlərindən çox əməli işə, şagirdlərimizin sevincinə, öyrənməsinə həsr etdik
Dünyada bir çox təşkilatlanmalar gücə çevrilmək və böyük insan kütləsinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edir. Güc olmaq insanyönümlü, faydalılığa xidmət edirsə bu kökündən mütləq dəyərli olacaq. Axı, müxtəlif ideologiyalar əvvəlcə müəyyən dəyər formalaşdıraraq böyüyür. Bir çox ölkələrin təhsil islahatlarının uğuru dövlətin birbaşa düzgün islahatları sayəsində baş tutub. Amma islahat təkcə hər hansı bir proqramı həyata keçirtmək demək deyil, bu proqramların uğuru uğurlu kadr seçimi, kadrların səmimi fədakarlığı ilə uzlaşmalıdır. Təhsil işi səmimi fədakarlıq tələb edir, sən hər hansı təklifi edəndə şagird olmalısan, özünü müəllim kimi hiss etməlisən, ölkənin…
Read MoreSosial xidmətlər Agentliyi cəlilabadlı uşaqları sevindirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Cəlilabadda Yeni il şənliyi təşkil olunub. “Regionpress.az” xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirə bu rayondan 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər dəvət olunub. Tədbirdə çıxış edən sözügedən agentliyin Lənkəran-Astara regional filialının müdir müavini İlqar Əliyev uşaqlara yeni il təbriklərini çatdıraraq, onlara uğurlar arzulayıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində xalqımızın tarixi uğurlarından söz açıb. Ziyafət süfrəsi arxasında əyləşən uşaqlara əyləncəli şou-proqramlar və hədiyyələr təqdim olunub.
Read MorePolis mayoru Saroğlan Vahabov haqq dünyasına qovuşub
Təqaüddə olan polis mayoru Saroğlan Vahabov vəfat edib. “Regionıress.az” xəbər verir ki, Saroğlan Bafı oğlu Vahabov 25 sentyabr 1948-ci ildə Lerik rayon Çökərə kəndində anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquqşünaslıq fakültəsini bitirib.1977-ci ildə Biləsuvar Rayon Polis Şöbəsində ( keçmiş Puşkin rayon milisi ) sahə müvəkkili kimi xidmətə başlayıb. Sonra həmin şöbədə cinayət axtarış üzrə əməliyyatçısı, şöbənin istintaq qrupunun müstəntiqi və istintaq qrupunun baş müstəntiqi vəzifələrinədək yüksəlib. 2006-cı ildə yaşa görə təqaüdə çıxan S. Vahabovun 30 illik fəaliyyətində cinyətkarlığa qarşı səmərəli və gərgin xidmətləri olub. Birinci Qarabağ müharibəsi veteranıdır. Xidmətdə olduğu…
Read MoreBiləsuvarda “SƏBA” şirkətinin avtomobili qəzaya düşüb, ölən var
Ələt-Astara magistralında ağır yol qəzası baş verib. “Regionpress.az” xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili qarşıda dayanan yük avtomobilinə çırpılıb. Qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsinin sürücüsü Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, onların qəzaya düşdüyü nəqliyyat vasitəsi “SƏBA” şirkətinə məxsusdur. Toyuq ətinin satışını həyata keçirirlərmiş. Faktla bağlı araşdırma davam etdirilir.
Read More