Biləsuvarda III Hind toyuğu Festivalı keçiriləcək

Biləsuvar rayonunda növbəti – III Hind toyuğu Festivalı keçiriləcək. Bu barədə “Regionpress.az”-a  Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Belə ki, 25 noyabr 2023-cü il saat 10:00-dan başlayaraq Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin və “Azeri Home Chef” şirkətinin təşkilatçılığı ilə möhtəşəm Hind toyuğu Festivalı keçiriləcəkdir. Artıq üçüncü ildir ki, keçirilən Festivalda, Cənub bölgəsinin folkloru ilə tanışlıq və  həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək. Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncə musiqili proqram, məşhur aşpazlardan ustad…

Read More

17 noyabr–Milli dirlçəlişə qayıdışın tarixi

17 noyabr–Milli Dirçəliş Günüdür. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq…

Read More

Pensər çayından yenə təhlükə var

Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi yenidən intensivləşib. “Regionpress.az” xəbər verir ki,  Astara rayonunun ərazidən keçən Pensərçayın  sağ və sol sahilləri sürüşmə səbəbindən 20 – 25 metr genişlənib. Şahağacı kəndinin sakinlərinin sözlərinə görə  intensivləşən torpaq sürüşməsi 50 yaxın ev üçün təhlükəli vəziyyət yaradıb. Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Kəndin gediş-gəliş yolu daraldığından ağır tonajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları mənzil başına tam gələ bilmir. Hazırda sakinləri narahat edən   çay kənarına bənd vurulmasıdır ki, Şahağacı kənd bələdiyyəsinin sədri…

Read More

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirənlər aşkarlanıb

Biləsuvarda ətrafı məişət tullantıları ilə çirkləndirənlər aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Regionpress.az”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. Aşkarlanmış hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Read More

Cəlilabadda alça ağacı noyabrda bar verib-FOTO

Cəlilabadın Xanəgah kənd sakini Cəbrayıl Süleymanovun həyətyanı sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. “Regionpress.az” AZƏRTAC-a  istinadən  xəbər verir ki, payızın bu günlərində alça ağacı yenidən çiçəkləyib və meyvə verib. Ev sahibinin sözlərinə görə, alça ağacı 7 ildir ki əkilib. Bu meyvə ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yayda meyvəsi dərilir. Bu qayda ilə alça ağacları ildə bir dəfə bar verir. Son zamanlar havaların isti keçməsi səbəbindən ağaclar yenidən çiçəkləyib və bu il ikinci dəfə bar verib. Bu halın ilk dəfədir şahidi olduğunu söyləyən Cəbrayıl Süleymanov deyib: “Alça ağacının noyabr…

Read More

Kanalizasiya nasos stansiyası Biləsuvarda sakinləri çarəsiz duruma salıb – VİDEO

Biləsuvar şəhərinin Səməd Vurğun küçəsində yaşayan bir qism sakin evlərini tərk etmək zorundadır. “Regionpress.az” xəbər verir ki,  Xezerxeber.az-a danışan sakinlər  bunun səbəbini ətrafa yayılan dözülməz üfunətdə görürlər. Sakinlər bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində rahatlıqları pozulub. İndi nə yemək yeyə, nə də dincələ bilən sakinlər çarəni evlərini tərk etməkdə görürlər. Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi. Məsələ ilə bağlı Biləsuvar Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır: “Orada işlər…

Read More

Evə basqın edib, qadını yaralayan  saxlanıldı

Masallı rayonunda quldurluq edən şəxs saxlanılıb. “Regionpress.az” xəbər verir ki, hadisə Masallı rayonunun  Qızılağac kəndində olub. Sakini olduğu kənddə evlərdən birinə basqın edən İntiqam Axundov ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb edib. Ancaq o, məqsədinə nail olmadıqda hadisə yerindən qaçıb. Quldurluq əməlini törətməkdə şübhəli bilinən İ.Axundov Masallı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, narkotiklə əlaqəli cinayətə və oğurluğa görə məhkumluq yaşayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Read More

“Biləsuvar”- “Ərkivan” komandaları qarşılaşdı

Biləsuvarlı gənclərin futbol komandası  Respublika birinciliyinə hazırlıq mərhələsində növbəti yoldaşlıq görüşünün qalibi olub. “Regionpress.az” xəbər verir ki,  “Biləsuvar” futbol komandası öz meydanında Masallının “Ərkivan” komandası ilə qarşılışıb. Maraqlı baş tutan yoldaşlıq görüşündə biləsuvarlı gənclər 2:0 xal hesabı ilə qalib olub. Qeyd edək ki, “Biləsuvar” komandası bundan qabaqkı oyunda  Sabirabad futbolçularına  1:0 hesabı ilə qalib gəlmişdi. Uğurlar, ” Biləsuvar”!

Read More

“Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu”

Şəhid Vurğun Rzayevin anası Mənsumə xanımın gözü cərrah-oftalmoloq Xəlil (Hüseynov) həkim tərəfindən əməliyyat olunub. “Regionpress.az” xəbər verir ki, oftalmoloq-həkimin çətin əməliyyatın öhdəsindən yüksək dəqiqliklə gəlməsi şəhid anasının uzun müddətdən bəri davam edən narahatçılığına son qoyulub. Mənsumə Əliyeva deyir ki, dövlətimizin qayğısı Xəlil həkimin şəfalı əlləri sayəsində gözüm nuruna qovuşdu: “Müxtəlif yerlərdə gözümü müayinə edən həkimlər əməliyyatın riskli olmasından ehtiyat edirdilər.Övladlarım məni Xəlil həkimin yanına apardılar. O, gözümü müayinə edərək, təcili əməliyyata ehtiyac olmasına qərar verdi. Bu zaman şəhid anası olmağımı xəbər tutanda, kassaya etdiyimiz ödənişin geri qaytarılmasını göstəriş verdi. Sağ olsun,…

Read More