Çöl donuzunu ovlayan saxlanıldı

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb.

“Regionpress.az” xəbər verir ki,  Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Related posts

Leave a Comment