Müşavirədə Elm və Təhsil Nazirliyinin 2023-cü il qarşısında duran əsas hədəflər və bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, nazirliyin əhatə etdiyi fəaliyyətlərin vaxtında və uğurlu icrası hər bir struktur bölmə və idarənin fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin struktur bölmələri, regional idarələri və tabeliyindəki qurumlar arasında nazirliyin fəaliyyəti ilə bağlı məlumatlılıq və hesabatlılığın artırılması, öyrənilmiş dərslərin nəzərdən keçirilməsi və açıq müzakirənin aparılması məqsədilə bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyi vurğulanıb.
Müşavirədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hesabatları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.