Həbsdən yeni çıxan kişi qətlə yetirildi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Regionpress.az” xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Əhmədov Mirxəqani Mirnizami oğlu bıçaqlanıb. O, ürək nahiyəsindən aldığı ağır xəsarətdən xəstəxanada ölüb.

Qətlə yetirilən M. Əhmədov həbsxanadan yeni çıxıbmış. O, 2017-ci ildən məhkumluq həyatı yaşayıb.

Cinayətin qisas zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Related posts

Leave a Comment