Ümummilli lider Heydər Əliyev müəllim peşəsinin əzəmətindən danışarkən “Müəllimlik cox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir.” deyib.
Müstəqilliyimizin ilk illərindən məktəbimiz hər zaman vətənpərvər gənclərin yetişməsində müstəsna rol oynayıb. Həmin bu vaxtlarda nə müəllimlərin, nə də məktəbimizin maddi- texniki imkanları yaxşı deyildi. Lakin şagirdlərdə gələcəyə ümid var idi. Bu ümidi formalaşdıran isə müəllimlər olub.
O müəllimlər ki, ömrünün böyük bir qismini şagirdlərinə, onların inkişafına həsr etmişdilər. Bir təhsil ocağının qarşıya qoyulan məsələlərə asanlıqla çatmasının əsas səbəblərindən biri isə peşəkar, uzaqgörən, kollektivini və şagirdlərini sevən, vətənin yüksəlişini görmək istəyən bir rəhbərə malik olmasıdır.
Bu fədakar müəllimlərimizdən biri Alış İbayev olub. Alış müəllim hər zaman məktəbimizin həm rayon, həm də respublikada fərqlənməsi, məzunlarımızın yaxşı universitetlərdə təhsil almasına, şagirdlərimizin dərslərini yaxşı oxumasına, valideynlərin məktəblə əlaqəsini genişləndirməyə – övladları ilə dost olmağa çalışırdı. Və mən deyərdim ki, bu istəklərinə artıqlaması ilə nail oldu. Alış müəllim kimi, həqiqi müəllimlərimiz çox olarsa bizim gənclər günü-gündən savadlanacaq, maariflənəcək.
Bir atalar sözümüzdə deyilir ki, ağac və müəllim barı ilə tanınır. İndi onun rəhbərliyi müddətində məktəbimizdə oxumuş şəxslər, bugün həm ölkə daxilində, həm də xaricdə yüksək vəzifələrdə çalışır, vətənimizi təmsil edir, ölkəmizin güclənməsinə və inkişafına tövhə verir:
Ey hörmətli müəllim!
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Allah rəhmət etsin, böyük müəllimimizi!.
Şahin Rəhmanlı