Kanalizasiya nasos stansiyası Biləsuvarda sakinləri çarəsiz duruma salıb – VİDEO

Biləsuvar şəhərinin Səməd Vurğun küçəsində yaşayan bir qism sakin evlərini tərk etmək zorundadır.

“Regionpress.az” xəbər verir ki,  Xezerxeber.az-a danışan sakinlər  bunun səbəbini ətrafa yayılan dözülməz üfunətdə görürlər.

Sakinlər bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində rahatlıqları pozulub. İndi nə yemək yeyə, nə də dincələ bilən sakinlər çarəni evlərini tərk etməkdə görürlər.

Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi.

Məsələ ilə bağlı Biləsuvar Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır: “Orada işlər tamamlanmayıb. Proses yekunlaşandan sonra problem aradan qaldırılacaq”, – deyə qurumdan əlavə edilib.

Ətraflı süjetdə:

 

Related posts

Leave a Comment