Klub rəhbəri: “ Gənclərimiz birincilik uğurunda mübarizəyə inamla hazırlaşır”

“Biləsuvar” Futbol klubu iki komandası ilə həvəskar komandalar arasında mübarizə aparacaq.

“Regionpress.az” a bu haqda klubun rəhbəri Zəfər Kazımov məlumat verib.

O, bildirmişdir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə ölkədə gənclər arasında 25-ci Azərbaycan Birinciliyi keçiriləcək. Birinciliyin qalib komandası İtaliyada keçirilən çempionatın qalib komandası ilə  qarşılaşacaq: “ Yarışa  biləsuvarlı gənclər böyük həvəslə hazırlaşır. Belə ki,“Biləsuvar FK” və Biləsuvar Gəncləri FK” komandalarımızın yarışda iştirak edəcək, bu komandalarda kifayyət gədər təcrübəli , peşəkar oyunçularımızın olması bizi cempianata inamla qatılmağa ruhlandırıb. “Yarışda ilk rəqibimiz Salyanın “Muğan” komandası ilə qarşılaşmamız 28 apreldə, saat 17 : 00- da, Biləsuvar Mərkəzi stadionunda baş tutacaq ”.

Z.Kazımov qeyd edib ki, klubumuzun nəzdində olan komandaların heyətində ümumilikdə  qırxa yaxın gənc və orta yaşlı futbolçu vardır ki, iki komanda ilə yeni çempionata qatılacağıq: “ Klubumuz ötən ilin avqustunda təsis olunub. İlk gündən Biləsuvar Rayon Polis Şöbəsinin rəisi Nəsim Məmmədovun bizə göstərdiyi mənəvi dəstək fəaliyyətimizdə mühüm stimul olub. İş adamları Hacı Fizuli Məmmədova, Alim bəyə, Səlamət müəllimə və Vəkil müəllimə təşəkkür edirəm ki, bizə maddi dəstəklərini əsirgəməyiblər”.

Cempianata az qalmış günlərdə  yerli qurumlara müracətlərinin cavabsız qalmasından narahatçılığını dilə gətirən  klub rəhbəri, klubun hesab nömrəsini saytda dərc olunmasını xahiş edib. Bildirmişdir ki, komandamızın büdcəsi yoxdur: “İnanırıq ki, rayonumuzun iş adamları, imkanlı şəxsləri bizə maddi koməkliyi sayəsində komandalarımız cempionatdan kənarda qalmayacaq. Çünki vəsait çatışmamazlığından uzaq kəndlərdən gələn oyunçularımız məşq prosessinə qatılmaqda çətinlik cəkirlər, texniki avadanlıq çatışmamazlığı da az deyil komandamızın.

“Bir futbolçunun sənədləşməsi 70 manat tutur, təkcə sağlamlıq haqda arayışın risumu 41 manatdır. Hazırda imkanlarımızın məhdud olması fəaliyyətimizdə bizi axsadır. Bizə dəsətək lazımdır, kifayət qədər idmana maraqlı gənclərimiz var ki, onları inkşaf etdirib, uğurları ilə fəxr edə bilərik, ”- deyərək, o, sözlərinə əlavə edib”.

 

 

Related posts