Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

​”Regionpress.az” xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Sərəncama əsasən Əliyeva Ülviyə Qalib qızı icra başçısının müavini təyin olunub və kollektivə təqdim edilib.

Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Related posts

Leave a Comment