Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb

Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb.

“Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun hazırladığı kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib.

Liseyin  çilingər-santexnik qrupunun ustası İdris Əmirov bu haqda  danışarkən bildirmişdir ki, biz tələbələrimizlə birlikdə günəş paneli hazırlamışıq: “Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel mini formadadır. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, bu qurğu elektrik və qaz olmayan ərazilərdə quraşdırılaraq təsərrüfatları isti su ilə təmin edə bilir”.

Related posts

Leave a Comment