Lənkəran mətnəxinə  daha iki yemək daxil olub

Lənkəran mətbəxtinin qida rasionuna daha iki yemək daxil olub.

“Regionpress.az” xəbər verir ki, yeni təqdim olunan <span;>yeməklər<span;> “Lanvert – 457” və “Balqabaq çubuqları” adlandırılıb.

Lənkəranlı aşpazın ilk dəfə hazırladığı bu yeməklər həm görnüşünə, həm də dadına görə fərqlənir. “Lanvert – 457” ana yemək, “Balqabaq çubuqları” isə desertdir. Ana yeməyin hazırlanması 20 – 25 dəqiqəyə başa gəlir və bunun üçün can əti, nar, kartof, badımcan, soğan, eləcə də ədviyyatlardan duz, isti – ot, giləmərzə, sumaq lazımdır. Əvvəlcə can əti doğranılır sonra soğan, kartof, badımcaq, nar soyulur ​ və doğranılır. Doğranılan məhsullar müvafiq qaydada yağda qızardılır. 10 – 15 dəqiqədən sonra ana yeməyi hazır olur. “Balqabaq çubuqlarının hazırlanması da təqribən 7 – 8 dəqiqə vaxt lazım olur. Bunun üçün ilk olaraq balqabaq “barmaq” formasında dilimlənir və qabaqcadan hazırlanan souz, pudra və suxarikə salınır.

Qeyd edək ki, yeni yeməklər Lənkəran mətbəxtinə rəsmi olaraq salınması üçün, Milli Kulinariya Mərkəzinə müraciət olunması nəzərdə tutulub.

 

Related posts

Leave a Comment