Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni təyinatlar olub

Lənkəran səhiyyəsi ilə bağlı yeni təyinatlar olub.

“Regionpress.az”ın verdiyi məlumata görə,  TƏBİB-in icraçı direktorunun sərəncamına əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktor müavini vəzifəsinə Elgiz Dünyamalı oğlu Baxşəliyev təyin olunub. O, bu vəzifəyə təyin olunadək xəstəxananın təcili yardım şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, Lənkəran RMX-in direktoru Ağabala Kəlbiyevin imzaladığı müvafiq əmrə əsasən isə bundan sonra  təcili yardım şöbəsinə həkim-terapevt Vüsal Mirzəhəsən oğlu Dənziyev rəhbərlik edəcək.

Related posts