Lənkəranda günəş enerjisi ilə işləyən suqızdırıcı kollektor hazırlanıb.
“Regionpress.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun hazırladığı kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor günəş enerjisi vasitəsilə çöl şəraitində, 8 selsi dərəcə havada 30 litrə yaxın soyuq suyu 49 selsi dərəcəyə kimi qızdıra bilib.
Liseyin çilingər-santexnik qrupunun ustası İdris Əmirov bu haqda danışarkən bildirmişdir ki, biz tələbələrimizlə birlikdə günəş paneli hazırlamışıq: “Bu panellər vasitəsilə heç bir enerji sərf olunmadan, yalnız günəş enerjisi ilə soyuq suyu 60-70 dərəcəyə kimi qızdıra bilirik. Hazırladığımız bu panel mini formadadır. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, bu qurğu elektrik və qaz olmayan ərazilərdə quraşdırılaraq təsərrüfatları isti su ilə təmin edə bilir”.