Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
“Regionpress.az” xəbər verir ki, bu gün keçirilən test imtahanında 300-dən çox namizəd iştirak edib, onlar 80 dəqiqə ərzində təqdim olunan sualları cavablandırıb.
Qeyd edək ki, sözügedən təhsil idarəsi üzrə məktəblərdə vakant olan vəzifələr: uşaq birliyinin rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq, direktor müavini, kitabxana müdiri, kitabxanaçı və laborantdır.
İmtahada iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.
![](https://regionpress.az/wp-content/uploads/2023/10/386383143_331500452888679_4669034114823437742_n-300x200.jpg)
![](https://regionpress.az/wp-content/uploads/2023/10/370048549_331500479555343_2646401880544465194_n-300x200.jpg)
![](https://regionpress.az/wp-content/uploads/2023/10/386752039_331500396222018_2763115384331589557_n-300x168.jpg)