“Masallı — abidələşən şəhidlər” sənədli film nümayiş olunub

Masallılı şəhidlərin xatirəsinə həsr olunmuşsənədli film nümayiş olunub

“Regionpress.az” xəbər veri ki, Masallılı şəhidlərin xatirəsinə həsr olunmuş “Masallı — abidələşən şəhidlər” sənədli filmi Heydər Əliyev Mərkəzində nümayiş olunub.

Filmin nümayişi ilə əlaqədar keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və ailə üzvləri, jurnalistlər  iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra sənədli filmin ideya və ssenari müəllifi Zahir Əmənovun rəhbərliyi ilə çəkilmiş “Masallı — abidələşən şəhidlər” sənədli filmi nümayiş olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov geniş nitqində qeyd edib ki, bildiyiniz kimi bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirləri həyata keçirilir.

Bu gün də həmin silsilə tədbirlərin davamı olaraq “Masallı — abidələşən şəhidlər” sənədli filmi nümayiş olunur. Film bütövlükdə Masallılı şəhidlərə ithaf olunub.

Rayon rəhbəri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən söz açıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilən bu cür layihələrin əhəmiyyətindən danışıb, filmin yaradıcı heyətinə təşəkkür edib, şəhidlərə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərə şəfa diləyib.

Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal məmmədov, Azərbaycanın birinci Milli Qəhrəmanı, Sərçuvar kəndindən olan Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafiz Qurbanov, Şərəfə kəndindən olan yazıçı — publisist Pərvanə Ziyadova, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov və başqaları çıxış edərək Masallıda şəhid ailələri və qazilərin rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu diqqətə çatdırılıb, ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə minnətdarlıq bildirblər.

Filmin nümayişindən sonra söz yaradıcı heyətə verilib.

Çıxış edənlər filmin ərsəyə gəlməsindən, çəkilişlərin hansı şəraitdə aparıldığından danışıblar.

Filminin hazırlanmasında səmərəli fəaliyyətinə görə yaradıcı heyət — ssenari müəllifi Zahir Əmənov, baş montajçı Nurşad Bayramov, prodüsser Faiq Hüseynzadə, baş operator, Vətən müharibəsi iştirakçısı Vadim Eyvaz oğlu Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanı, təşəkkürnamə, pul mükaftı və 1 ədəd kompüter dəsti ilə mükafatlandırılıblar.

Related posts

Leave a Comment